Olaf Şolts və Co Bayden Ukrayna məsələsini müzakirə ediblər

Almaniya hökumətinin sözçüsü Şteffen Hebestreit tərəfindən verilən bəyanatda təxminən bir saat davam edən telefon danışığı zamanı Rusiyanın Ukraynaya etdiyi hücumla əlaqədar keçiriləcək toplantıların hazırlıqlarının müzakirə olunduğu bildirilib.

1890391
Olaf Şolts və Co Bayden Ukrayna məsələsini müzakirə ediblər

Almaniya kansleri Olaf Şolts ABŞ prezidenti Co Baydenlə telefon əlaqəsi saxlayıb.
Almaniya hökumətinin sözçüsü Şteffen Hebestreit tərəfindən verilən bəyanatda təxminən bir saat davam edən telefon danışığı zamanı Rusiyanın Ukraynaya etdiyi hücumla əlaqədar G7 və G20 səviyyəsində keçiriləcək toplantıların hazırlıqlarının müzakirə olunduğu bildirilib.

Açıqlamada Şolts və Baydenin Rusiyanın Ukraynanın bölgələrini ilhaq etməsinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Konvensiyasının prinsiplərinə zidd olduğu və başqa bir dövlətin torpaqlarını güc yolu ilə əldə etmək cəhdi olduğu və bunun heç vaxt qəbul edilməyəcəyi mövzusunda həmfikir olduqları bildirilib.

Açıqlamada Şolts və Baydenin rəsmi Moskvanın  nüvə təhdidlərini məsuliyyətsizlik kimi tənqid etdikləri və belə bir addımın Rusiya üçün ciddi nəticələrə səbəb olacağı mövzusunda razılıq əldə etdikləri qeyd olunub.
Liderlərin  Rusiya prezidenti Vladimir Putinə döyüşləri dayandırmaq və qoşunlarını Ukrayna ərazisindən çıxarması ilə əlaqədar çağırışlarını təkrarladığı bildirilib.
Acıqlamada  qeyd olunub ki, Şolz və Bayden söhbət zamanı “Şimal axını 1” və “Şimal axını 2” təbii qaz boru kəmərlərinə qarşı təxribat xarakterli hərəkətləri pisləyib və  kritik infrastruktura qarşı bu addımları qəbul etməyəcəklərini ifadə ediblər.



Әlaqәli Xәbәrlәr