BVF icraçı direktoru əhəmiyyətli bəyanatlar verib

Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Corciyeva Ukraynadakı müharibənin iqtisadi nəticələrinin Avropaya birbaşa təsir etdiyini bildirib.

1880083

Kristalina Corciyeva  Fransa Mərkəzi Bankının sədrinin iştirakı ilə keçirilən “Mişel Camdessus  2022'' tədbirində iştirak edib.

Corciyeva fevralın 24-də Rusiyanın Ukraynada başlatdığı müharibənin "dəhşətli" iqtisadi nəticələrinin Avropaya birbaşa təsir etdiyinə diqqət çəkib.

“Əgər ana təbiət əməkdaşlıq etməmək qərarına gəlsə və qış həqiqətən sərt keçərsə  bu müəyyən sosial narahatlıqlara səbəb ola bilər”,-deyə Kristalina Corciyeva qeyd edib.

Qlobal iqtisadiyyatın ciddi şok yaşadığını bildirən Corciyeva bu şoklardan birincisinin yeni növ koronavirus (Covid-19), ikincisinin isə Rusiyanın Ukraynada başladığı müharibə olduğunu vurğulayıb.

İnflyasiyanın düşündüyündən daha inadkar olduğuna diqqət çəkən Corciyeva inflyasiya ilə mübarizədə mərkəzi bankların da inadkar olmasının vacibliyini qeyd edib.

Әlaqәli Xәbәrlәr