Volodimir Zelenski: “Bir neçə ərazi Rusiya hərbçilərindən azad edilib’’

Ukrayna ordusu Xarkov vilayətinin cənub-şərqində yerləşən Balakliya qəsəbəsinə nəzarəti bərpa edib.

1877873
Volodimir Zelenski: “Bir neçə ərazi Rusiya hərbçilərindən azad edilib’’

Ukrayna ordusu Xarkov vilayətinin cənub-şərqində yerləşən Balakliya qəsəbəsinə nəzarəti bərpa edib.

Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski rəsmi internet səhifəsində yayımladığı videomüraciətində bildirib.

"Ukrayna bayrağı, azad Ukrayna, səma altında azad Ukrayna şəhəri. Təşəkkür edirəm. Qürur duyuram",-deyə Volodimir Zelenski vurğulayıb.

Dünən Ukrayna ordusundan verilən açıqlamada Xarkov vilayətinin 20-dən çox yaşayış məntəqəsinin Rusiya hərbçilərindən azad edildiyi bildirilib.

Xarkov vilayətinin Hərbi Administrasiyasının qubernatoru Oleq Sinequbo Ukrayna qüvvələrinin Xarkov vilayətində  əks hücuma keçdiyini bildirib.



Әlaqәli Xәbәrlәr