Yəməndə "Əl-Qaidə" terror təşkilatının hücumu nəticəsində 15 nəfər həlak olub

"Əl-Qaidə" ünsürlərinin Ebyenin Əhvar rayonunda Hizam Emniyə aid təhlükəsizlik nöqtəsinə silahlı hücum təşkil etdiyi bildirilib.

1876556
Yəməndə "Əl-Qaidə" terror təşkilatının hücumu nəticəsində 15 nəfər həlak olub

"Əl-Qaidə" terror təşkilatının Yəmənin cənubundakı Ebyendə həyata keçirdiyi hücumda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dəstəklədiyi Cənub Keçid Şurasına bağlı Hizam Emni qüvvələrinin komandiri də daxil olmaqla 15 nəfərin öldürüldüyü ifadə edilib.

Hizam Emni qüvvələrinin "Twitter" hesabından bir-birinin ardınca verdiyi açıqlamalarda Əl-Qaidə ünsürlərinin Ebyenin Əhvar rayonunda Hizam Emniyə aid təhlükəsizlik nöqtəsinə silahlı hücum təşkil etdiyi bildirilib.

Hücuma Hizam Əmni qüvvələrinin cavab verdiyi qeyd edilən açıqlamada baş verən toqquşmada Hizam Əmni qüvvələrindən Terrorla Mübarizə Briqadasının 1-ci Batalyon komandiri Yasir Şai və onunla birlikdə bir neçə nəfərin öldüyü və təhlükəsizlik nöqtəsində çox sayda personal yaralandığı qeyd olunub. 

Komandirdən başqa ölən və yaralananların sayı ilə bağlı məlumat verilməyən açıqlamada Əl-Qaidə təşkilatından 6 silahlının öldüyü də paylaşılıb.

Hizam Emni qüvvələrinin ətraf dağlıq bölgələrə qaçan bəzi terrorçu ünsürləri ələ keçirdiyi bildirilib.

Ahvar Xəstəxanasının baş direktoru Əhməd əl-Mədəhda komandir də daxil olmaqla Hizam Emni qüvvələri tərəfindən öldürülənlərin sayının 15-ə yüksəldiyini deyib.

Medahdah Əl-Qaidə təşkilatından 7 terrorçunun da öldürüldüyünü bildirib.



Әlaqәli Xәbәrlәr