Texasda leysan yağışları daşqınlara sәbәb olub

Amerika Birlәşmiş Ştatlarının Texas ştatının Dallas şəhərində yağan leysan yağışları nәticәsindә küçələr və avtomobillər su altında qalıb.

1871096
Texasda leysan yağışları daşqınlara sәbәb olub

Amerika Birlәşmiş Ştatlarının Texas ştatının Dallas şəhərində yağan leysan yağışları nәticәsindә küçələr və avtomobillər su altında qalıb.

Mәlumata әsasәn, leysan yağışları sәbәbindәn şәhәrdәki evlәr vә iş yerlәri dә su altında qalıb.

Milli Meteoroloji Xidmət son 24 saatda Dallas-Fort Uort beynəlxalq hava limanına 23 santimetr yağıntının düşdüyünü açıqlayıb.

Milli Meteoroloji Xidmətinin nümayəndəsi Daniel Huckaby  leysan yağışların daşqınlara sәbәb olduğunu bildirib.

Ötən il yayımlanan  hesabata görə, Texasda yağıntılar təxminən 7 faiz artıb.



Әlaqәli Xәbәrlәr