Pakistanda leysan yağışları nәticәsindә ölәnlәrin sayı 777 nәfәrә çatıb

Pakistanda iyunun 14-dәn etibarәn davam edәn musson yağışları nәticәsindә hәyatını itirәnlәrin sayı 777 nәfәrә çatıb.

1871072
Pakistanda leysan yağışları nәticәsindә ölәnlәrin sayı 777 nәfәrә çatıb

Pakistanda iyunun 14-dәn etibarәn davam edәn musson yağışları nәticәsindә hәyatını itirәnlәrin sayı 777 nәfәrә çatıb.

Bu barәdә Pakistanın Milli Fövqәladә Hallar İdarәsi mәlumat yayıb. Mәlumata әsasәn, leysan yağışların sәbәb olduğu daşqınlardan 1,8 milyon insan zәrәr çәkib.

Bəlucistan, Pəncab və Sind əyalətlərindә  yardım və tibbi müdaxilə düşərgələri yaradılıb. Mәlumatda vurğulanıb ki, yaradılan yardım düşərgələrində hazırda  317 min 678 adam yaşayır.

Səlahiyyətlilər daşqınlardan zərər çəkmiş bölgələrə ərzaq, çadır və digər mühüm ləvazimatların çatdırıldığını bildirib. Sosial mediada edilәn paylaşımlarda isә çox sayda insanın humanitar yardım gözlədiyi qeyd olunub.

Leysan yağışları nәticәsindә körpülәr dağılıb, yollar su altında qalıb vә 60 mindәn çox evә ciddi ziyan dәyib.

Cәnubi Asiyada hәr il  iyun-sentyabt ayları arasında yağan muson yağışları tәbii fәlakәtlәrә vә yol-nәqliyyat qәzalarına sәbәb olur.



Әlaqәli Xәbәrlәr