Hindistanda sel və daşqınlar zamanı ölənlərin sayı 131 nəfərə çatıb

Hindistanın şimal-şərqindəki Assam, Meqalaya və Arunaçal Pradeş ştatlarında leysan yağışların səbəb olduğu sel, torpaq sürüşməsi və qəzalar nəticəsində ölənlərin sayı 131 nəfərə yüksəlib.

1846554

"Hindustan Times"ın xəbərinə görə, leysan yağışları mövsümünün təsiri ilə Assam, Meqhalaya və Arunaçal Pradeşdə güclü yağışlar sel, torpaq sürüşməsi və qəzalara səbəb olub. Ölənlərin sayı 131-ə yüksəlib.

Assam Ştat Fəlakət İdarəsi (ASDMA) tərəfindən verilən açıqlamada, yalnız dünən (21 iyun) 11 nəfərin öldüyü Assamda 2-si uşaq olmaqla 7 nəfərdən xəbər alına bilmədiyi bildirilib.

Açıqlamada həyatını itirən 131 nəfərdən ən azı 80-nin Assamdan olduğu qeyd edilib.

Assamın 36 rayonundan 32-də 4,7 milyon insan daşqınlardan zərər çəkib.

Cənubi Asiyada iyun-sentyabr aylarında təsirli olan leysan yağışları, xüsusilə Hindistanda hər il genişmiqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.

Әlaqәli Xәbәrlәr