Ukrayna Baş Prokurorluğu: ‘‘Rusiyanın hücumları nәticәsindә indiyәdәk 313 uşaq ölüb’’

Rusiyanın Ukraynaya fevralın 24-dәn etibarәn tәşkil etdiyi hücumlar nәticәsindә azı 313 uşaq hәlak olub.

1843588
Ukrayna Baş Prokurorluğu: ‘‘Rusiyanın hücumları nәticәsindә indiyәdәk 313 uşaq ölüb’’

Rusiyanın Ukraynaya fevralın 24-dәn etibarәn tәşkil etdiyi hücumlar nәticәsindә azı 313 uşaq hәlak olub.

Bu barәdә Ukrayna Baş Prokurorluğu mәlumat yayıb. Mәlumatda Rusiya ordusunun Ukraynaya hücumu nәticәsindә 313 uşağın öldüyü, 579 uşağın da yaralandığı bildirilib.

Ukrayna Baş Prokurorluğundan verilәn bәyanatda bildirilir ki, Ukraynanın Donetsk vilayətində 291, Xarkov vilayətində 169, Kiyev vilayətində 116, Çerniqov vilayətində 6, Luqansk vilayətində 54, Xerson vilayәtindә  52, Mikolayev vilayətində 48, Zaporojye vilayətində 30 və Sumi vilayətində isә 17 uşaq müharibədən zərər çəkib.

Bәyanatda həmçinin Rusiyanın hücumları nəticəsində azı 1985 təhsil müəssisəsinin zərər gördüyü, onlardan 194-nün tamamilə dağıldığı vurğulanıb.

Açıqlanan rəqəmlərin dəqiq olmadığı və araşdırmaların müvəqqəti olaraq işğal edilmiş və azad edilmiş ərazilərdə davam etdiyi bildirilib.


Etiketlәr: #Xerson , #Rusiya , #Ukrayna

Әlaqәli Xәbәrlәr