Fәlәstin Baş naziri italiyalı hәmkarı ilә görüşüb

Fələstinin Baş naziri Məhəmməd İştiyә İordan çayının qərb sahilinin Ramallah şəhərində Fələstinə səfər edən İtaliyanın Baş naziri Mario Draqi ilə görüşüb.

1843461

Görüşdən sonra təşkil edilən birgә  mətbuat konfransında çıxış edәn Mәhәmmәd İştiyә italiyalı həmkarı Mario Draqi ilə ikitərəfli münasibətlərlə yanaşı, Fələstindəki hadisələri müzakirə etdiklәrini bildirib.

Mәhәmmәd İştiyә İsrailin Məscidül Əqsaya basqınları vә  fələstinlilərə qarşı mövqeyi ilә bağlı Mario Draqini mәlumatlandırdığını ifadә edib.

İtaliya ilə Fələstin arasında 17 milyon avro dəyərində 5 müqavilə imzalandığını bildirən İştiyә qeyd edib ki, sözügedən müqavilələr turizm, kənd təsərrüfatı, mədəniyyət və bəzi digər sahələri əhatə edir.

İtaliyanın Baş naziri Mario Draqi isә öz növbәsindә  fələstinli həmkarı Məhəmməd İştiyә ilə regional gərginliyin azaldılması və hər növ zorakılığın dayandırılması məsələlərini müzakirə etdiklərini bildirib.

Mario Draqi  həmçinin Avropa İttifaqına üzv olan digәr dövlәtlәrlә Fələstini dəstəkləməyə davam edəcəklərini bildirib.

Әlaqәli Xәbәrlәr