Rusiya Xarici İşlәr Nazirliyi bәyanat yayıb

Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla bu gün Ukraynadakı vəziyyəti müzakirə edəcək.

1839329
Rusiya Xarici İşlәr Nazirliyi bәyanat yayıb

 

Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla bu gün Ukraynadakı vəziyyəti müzakirə edəcək.

Rusiya Xarici İşlər Nazirliyindən verilən bәyanatda  Lavrovun bu gün paytaxt Ankarada Çavuşoğlu ilə görüşəcəyi bildirilib.

Bәyanatda  qeyd olunub ki, görüşdə ikitərəfli münasibətlər müzakirə olunacaq.

"Rusiya ilə Türkiyə arasında siyasi dialoq bu il də intensivliyini qoruyub. Yüksək səviyyəli görüşlәr  intensiv şəkildə davam edir. Rusiya prezidenti Vladimir Putin vә Türkiyә prezident Rəcəb Tayyib Ərdoğan bu il  9 dәfә telefon әlaqәsi saxlayıblar’’,-deyә bәyanatda  vurğulanıb.

Rusiya ilə Türkiyə nazirlikləri və qurumları arasında davam edən qarşılıqlı fəaliyyətə diqqət çәkilәn bәyanatda bu ifadәlәrә yer verilib:

"Nazirlər arasında baş tutacaq görüşdә  Ukrayna, Cənubi Qafqaz, Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya və Qara dəniz bölgələrindəki vəziyyət müzakirə olunacaq. İki nazir Ukrayna böhranı ilə bağlı hazırkı vəziyyət vә Rusiya və Ukrayna arasında sülh danışıqlarının bərpası ehtimalı әtrafında fikir mübadilәsi aparacaqlar’’

Mövlud Çavuşoğlu ilə Sergey Lavrovun hәmçinin Suriya məsələsini də müzakirə edəcəyi bildirilib.



Әlaqәli Xәbәrlәr