Haitidә tayfalar arasında qarşıdurma olub, ölәnlәr vә yaralananlar var

Haitinin paytaxtı Port-o-Prinsdə aprelin 24-dәn etibarәn tayfalar arasında baş verən qarşıdurma nәticәsindә 20 nəfər ölüb, 24 nəfər yaralanıb.

1819560

Haiti Mülki Müdafiə Agentliyi aprelin 24-də paytaxtın 4 rayonunda tayfalar arasında toqquşmaların başladığını açıqlayıb.

Agentlik toqquşmaların və ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq edib. Siyasətçilər ictimai asayişi qorunması ilә әlaqәdar çağırış edib.

Toqquşmalar zamanı  12 ev yandırılıb, bölgədə minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

İyulun 7-də Haiti prezidenti Jovenel Moisenin öldürülməsindən sonra ölkədə tayfalar arasındakı toqquşmalar  daha da artıb.

Qarşıdurmalar sәbәbindә Port-o-Prinsin 4 rayonundakı iş yerləri və məktəblər müvəqqəti olaraq fәaliyәtini dayandırıb.

Әlaqәli Xәbәrlәr