Polşanın Baş naziri Lvova sәfәr edib

Polşanın baş naziri Mateuş Moravetski deyib ki, Polşa 10 min yaralı ukraynalı əsgəri müalicə etməyə hazırdır.

1814613
Polşanın Baş naziri Lvova sәfәr edib

Polşanın baş naziri Mateuş Moravetski deyib ki, Polşa 10 min yaralı ukraynalı əsgəri müalicə etməyə hazırdır.

Ukraynanın Lvov şəhərinə səfər edən Moravetski burada açıqlamalar verib.

Moravetski deyib: "Biz Ukraynadan gәlәn yaralı əsgərləri qəbul edir və müalicə edirik. Lazım gələrsə azı 10 min əsgəri qəbul etməyə hazırıq".

Polşanın bir çox şəhərində onlarla əsgərin xəstəxanalarda müalicə olunduğuna diqqət çəkən Polşa Baş naziri deyib:

"Ukraynadan gələn bütün yaralı əsgərlərin müalicəsi üçün əlimizdən gələni edəcəyik. Xəstəxanalarımız buna hazırdır. Hərkəs sağalsın öz evinə, övladlarına qovuşsun".

Qeyd edәk ki, Rusiya qoşunları fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr