“Megi” qasırğası nəticəsində ölənlərin sayı artıb

Filippində “Megi” qasırğası  nəticəsində  baş verən daşqınlar və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 172-yə yüksəlib.

1813727
“Megi” qasırğası nəticəsində ölənlərin sayı artıb

 “Inquirer News” Filippin Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurasının (NDRRMC) məlumatına istinadən xəbər verir ki, “Megi” qasırğası aprelin 10-da quruya çıxıb. Filippində "Aqaton" olaraq da bilinən “Meqi” qasırğasının səbəb olduğu daşqın və torpaq sürüşmələrindən ən çox zərər görən bölgə Visayas adaları  olub. Şərqi Visayada 156, Qərbi Visayada 11, Davaoda 3 və Mərkəzi Visayada 2 nəfər daşqın və torpaq sürüşməsi nəticəsində həyatını itirib. Cəmdə 172 nəfərin öldüyü təbii fəlakət nəticəsində  8 nəfər də xəsarət alıb. 110 nəfər  itkin düşüb. Ərazidə axtarış-xilasetmə işləri davam edir.



Әlaqәli Xәbәrlәr