Ukrayna Rusiyanın hәrbi itkilәrini açıqlayıb

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

1810942
Ukrayna Rusiyanın hәrbi itkilәrini açıqlayıb
ukrayna siviller tahliye.jpg

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, indiyədək Rusiyanın 19 600  hərbçisi öldürülüb.

Bundan başqa, Rusiyanın 157 təyyarə, 140 helikopter, 732 tank, 1 946 zirehli döyüş maşını, 349 artilleriya qurğusu, 63 hava hücumundan müdafiə sistemi, 111 reaktiv yaylım atəş sistemi, 1406 avtomobil texnikası, 7 gәmisi, 76 yanacaq çәni vә 124 pilotsuz uçuş aparatı məhv edilib.

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk sutka әrzindә 4 354 adamın humanitar yardım dәhlizlәri vasitәsilә tәhlükәsiz bölgәlәrә tәxliyә edildiyini açıqlayıb.

Bu barәdә İrina Vereşçuk rәsmi Teleqram sәhifәsindә paylaşım edib. Vereşçuk bildirib ki, 3 854 nәfәr Mariopol vә Berdiyansk şәhәrlәrindәn Zaporojyaya gedib.Vereşçuk qarşı tәrәfin atәşkәs rejimini pozmasına baxmayaraq dünәn Luqansk vilayәtinin çox sayda şәhәrindәn 500-dәn çox mülki vәtәndaşın tәxliyә edildiyini deyib.

Qeyd edәk ki, Rusiya ordusu fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr