Yens Stoltenberq jurnalistlәrә әhәmiyyәtli bәyanatlar verib

Yens Stoltenberq Belçikanın paytaxtı Brüsseldə NATO-ya üzv ölkələrin xarici şlər nazirlərinin iclasından sonra mətbuat konfransı keçirib.

1809100
Yens Stoltenberq jurnalistlәrә әhәmiyyәtli bәyanatlar verib

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya prezidenti Vladimir Putinin Ukraynaya nəzarət etmək və döyüş meydanında mühüm hərbi qələbələr əldə etmək məqsədindən vaz keçmәdiyini, xüsusilə Donbas bölgəsində böyük  müharibə gözlədiklərini və alyans üzvlərinin Ukraynaya daha çox dəstək verәcәyini söylәyib.

Yens Stoltenberq Belçikanın paytaxtı Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin iclasından sonra mətbuat konfransı keçirib.

İclasda Ukraynanın Rusiyanın hücumlarına müqavimәt göstәrә bilmәsi üçün rәsmi Kiyevə verilən dəstəyin daha da artırılmasına qərar verildiyini bildirən Yens Stoltenberq təzyiq altında olan digər regional tərəfdaşları da dəstəklәyәcәklәrini bildirib.

Böhranın qlobal təsirləri olduğu üçün Asiya-Sakit Okeandakı tərəfdaşlarla əməkdaşlığı sürətləndirməyə qərar verdiklərini ifadə edən Stoltenberq deyib: "Müttəfiqlər bu yaxınlarda Rusiya qoşunlarından azad edilmiş Ukraynanın Buça şəhərində və başqa yerlərdə mülki vәtәndaşların qәtlә yetirilmәsini qınadılar. Bütün faktlar üzə çıxarılmalı və bu vəhşiliyə görə məsuliyyət daşıyan bütün şəxslər məsuliyyətə cəlb edilməlidir. Müttəfiqlər beynəlxalq araşdırmanın aparılması ilә bağlı göstәrilәn  səyləri dəstəkləyirlər”.

Stoltenberq kibertəhlükəsizliklə bağlı yardımla yanaşı, Ukraynanı kimyəvi və bioloji təhlükələrdən qorumaq üçün avadanlıq da verəcəklәrini bildirib.

Baş katib tələblər çərçivəsində Gürcüstan və Bosniya vә Herseqovinaya da  dəstəyin gücləndiriləcəyini  bəyan edib.

Stoltenberq  qeyd edib ki, müttəfiqlər Ukraynanı həm sovet dövründən qalma sistemlər, həm də müasir avadanlıqlarla və silahlarla təchiz ediblər.

"Biz bu silahların təsirini hər gün görürük. Çünki ukraynalılar işğalçı Rusiya qüvvələrinə ağır zәrbәlәr endirir’’,-deyә Yens Stoltenberq bildirib.

NATO-nun Baş katibi Yens Stoltenberq müharibənin həftələr, aylar və hətta illərlə davam edə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

NATO və Asiya-Sakit okean tərəfdaşlarının müxtəlif sahələrdə əməkdaşlığı artırmaq barədə razılığa gəldiklərini vurğulayan Yens Stoltenberq deyib:

"Biz müqavimәt göstәrmәk, dəniz təhlükəsizliyi vә iqlim dəyişikliyi kimi sahələrdə daha sıx əməkdaşlıq edəcəyik. Çünki qlobal çağırışlar qlobal həllər tələb edir’’.

 

 



Әlaqәli Xәbәrlәr