Stoltenberq: "Putinə müharibəni bitirmək üçün görünməmiş təzyiq göstərməyə davam edirik”

NATO və tərəfdaş ölkələrin xarici işlər nazirlərinin qatıldığı və Ukrayna əsas gündəmi ilə təşkil edilən toplantı Belçikanın paytaxtı Brüsseldə davam edir.

1808946
Stoltenberq: "Putinə müharibəni bitirmək üçün görünməmiş təzyiq göstərməyə davam edirik”

NATO və tərəfdaş ölkələrin xarici işlər nazirlərinin qatıldığı və Ukrayna əsas gündəmi ilə təşkil edilən toplantı Belçikanın paytaxtı Brüsseldə davam edir.

NATO-nun Baş katibi Yens Stoltenberq iki günlük NATO xarici işlər nazirləri toplantısının son iclasında etdiyi çıxışda

“(Rusiya prezidenti Vladimir) Putinə müharibəni bitirmək üçün görünməmiş təzyiq göstərməyə davam edirik” deyib.

İclasda NATO-nun Ukraynaya davam edən yardımını müzakirə edəcəklərini bildirən Stoltenberq Rusiyanın hücum riski altında olan və NATO-nun tərəfdaş ölkələrinə verilə biləcək dəstəyin qiymətləndiriləcəyini bildirib.

Rusiyanın Ukraynaya təcavüzünün Avropadakı təhlükəsizlik mühitini kökündən dəyişdirdiyini vurğulayan Stoltenberq iyunda Madrid sammitində çəkindirmə və müdafiə ilə yanaşı, yeni vəziyyətə uzunmüddətli uyğunlaşmanı müzakirə edəcəklərini qeyd edib.

NATO-nun Baş katibi “Bu daha təhlükəli və rəqabətli dünyada biz NATO müttəfiqlərimizi qorumağa, tərəfdaşlarımızı dəstəkləməyə və onların dəyərlərini müdafiə etməyə davam edəcəyik” deyib.

İclas mətbuata qapalı davam edib.

İclasda Ukraynanın xarici işlər naziri Dmitro Kuleba, o cümlədən Avstraliya, Finlandiya, Gürcüstan, Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya və İsveçin xarici işlər nazirləri iştirak edirlər.



Әlaqәli Xәbәrlәr