ABŞ Almaniyaya 6 ədəd qırıcı təyyarə göndərəcək

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Almaniyaya elektron döyüş qabiliyyətinə malik 6 ədəd "EA-18G Growler" tipli döyüş təyyarəsi göndərəcəyini açıqlayıb.

1803253
ABŞ Almaniyaya 6 ədəd qırıcı təyyarə göndərəcək

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Almaniyaya elektron döyüş qabiliyyətinə malik 6 ədəd "EA-18G Growler" tipli döyüş təyyarəsi göndərəcəyini açıqlayıb.

Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, bu yaxınlarda ABŞ NATO-nun şərq cinahını möhkəmləndirmək səyləri çərçivəsində Almaniyaya "6 EA-18G Growler" tipli döyüş təyyarəsi göndərəcək.

Bu təyyarələrin bölgədə varlığını göstərmək üçün göndərildiyini vurğulayan Kirbi təyyarələrin elektron döyüş və mane olma qabiliyyətləri ilə tanındığını bildirib.

Kirbi qeyd edib ki, aralarında texniki xidmət qruplarında olanlar da daxil olmaqla 240 əsgər bu təyyarələrlə Almaniyaya göndəriləcək.



Әlaqәli Xәbәrlәr