Ukrayna Baş Qәrargahı Rusiyanın hәrbi itkilәrini açıqlayıb

Ukraynada son 24 saat ərzində 170 rus əsgəri və Rusiya ordusuna aid 42 hərbi maşın məhv edilib.

1802219
Ukrayna Baş Qәrargahı Rusiyanın hәrbi itkilәrini açıqlayıb

Ukraynada son 24 saat ərzində 170 rus əsgəri və Rusiya ordusuna aid 42 hərbi maşın məhv edilib.

Ukrayna Baş Qərargahından verilən açıqlamada son 24 saat ərzində Rusiya ordusunun 9 hücumunun uğurla dəf edildiyi və bu çərçivədə Ukrayna ordusunun Rusiya qüvvələrinə ağır zәrbәlәr endirdiyi  bildirilib.

Mәlumatda bildirilib ki, Ukrayna ordusunun son 24 saat әrzindә  hәyata keçirdiyi әmәliyyat  nəticəsində  Rusiyanın 170  əsgəri, 3 təyyarəsi, 3 pilotsuz uçuş aparatı, 8 tankı vә 42 hərbi maşını mәhv edilib.

Ukrayna baş nazirinin müavini İrina Vereşçuk son sutka ərzində iki humanitar dəhlizin fəaliyyət göstərdiyini və bu dəhlizlər vasitəsilə 7331 ukraynalının təhlükəsiz bölgәlәrә təxliyə edildiyini bildirib.

Vereşçuk son 24 saatda Rusiya ordusu ilə döyüşlәrin  davam etdiyi Mariupol və Melitopol şəhərlərində 2 humanitar dəhlizin fəaliyyət göstərdiyini və bu çərçivədə Mariupoldan 6 min 800, Melitopoldan isə 531 mülki vətəndaşın Zaporojyaya təxliyə edildiyini deyib.

Humanitar yardım konvoyları ilə bağlı işlərin davam etdiyini qeyd edən Vereşçuk  bu çərçivədə Mariupol əhalisinə kömək məqsədilə Berdyansk və Melitopol şəhərlərinə 80 ton ərzaq və dərman çatdırıldığını bildirib.

Vereşçuk bu gün də müharibənin davam etdiyi şəhərlərdə ukraynalıların təxliyə cəhdlərinin davam edəcəyini bildirərək bu çərçivədə Mariupol, Kiyev və Luqansk bölgələrindəki mülki vәtәndaşların  təxliyəsi üçün danışıqlar aparacaqlarını bildirib.

Qeyd edәk ki, Rusiya fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.

 



Әlaqәli Xәbәrlәr