Rusiya səfiri Fransa XİN-ə çağırılıb

Bu barədə Fransa Xarici İşlәr Nazirliyi mәlumat yayıb.

1802226
Rusiya səfiri Fransa XİN-ə çağırılıb

Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Fransa Xarici İşlәr Nazirliyi mәlumat yayıb. Mәlumatda vurğulanıb ki, Rusiyanın Fransadakı sәfirliyinin ‘‘Twitter’’ sәhifәsindә edilәn paylaşım qәbuledilmәzdir.

Mәlumata görә, səfir ‘‘Twitter’’ sәhifәsindәki  paylaşımlara görə idarəyə çağırılıb.

Fransa XİN-dәn verilәn bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Biz Rusiya ilә dialoq kanallarını açıq saxlamağa çalışırıq, ancaq bu paylaşım qәbuledilmәzdir’’.

Qeyd edәk ki, sözügedәn paylaşım daha sonra silinib.



Әlaqәli Xәbәrlәr