Ursula fon der Leyenl: "Ukraynanın Avropaya gedən yolu başlayıb"

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında danışıq olub.

1798094
Ursula fon der Leyenl: "Ukraynanın Avropaya gedən yolu başlayıb"

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında danışıq olub.

Bu barədə Avropa Komissiyasının rəhbəri tviter səhifəsində yazıb.

“Mən Zelenskini əmin etdim ki, bizim dəstəyimiz davamlı olacaq. Ukraynanın Avropaya gedən yolu başlayıb. Bu, uzaqgörənlik, əzmkarlıq və dözüm tələb edir”, - o bildirib.

O, həmçinin Zelenskiyə Aİ tərəfindən əvvəllər təsdiq edilmiş 300 milyon avroluq makromaliyyə dəstəyinin ikinci hissəsinin ödəniləcəyi barədə məlumat verdiyini qeyd edib:

"Ukraynanın cəsur xalqının hazırda bu pula ehtiyacı var. Bu mənasız müharibə davam edərkən bu pul ölkənin maliyyəsini dəstəkləyəcək". 

Ukrayna fevralın 24-də Rusiyanın hücumu başlayandan sonra fevralın 28-də Aİ-yə üzvlük üçün müraciət edib. Aİ ölkələri üzvlük müraciəti ilə bağlı Aİ Komissiyasından rəy istəyib.



Әlaqәli Xәbәrlәr