ABŞ İspaniyaya helikopter satışını təsdiqləyib

ABŞ-da İspaniyaya 950 milyon dollar dəyərində "MH-60R" model hərbi helikopterlərin satışı təsdiqlənib.

1796377
ABŞ İspaniyaya helikopter satışını təsdiqləyib

ABŞ-da İspaniyaya 950 milyon dollar dəyərində "MH-60R" model hərbi helikopterlərin satışı təsdiqlənib.

ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən verilən yazılı açıqlamada “ABŞ Dövlət Departamenti "MH-60R" çoxməqsədli helikopter və müvafiq avadanlıqların təxmini dəyəri 950 milyon dollar olan İspaniyaya satışını təsdiqləmək qərarına gəlib” deyilib.

Satışın təsdiqi ilə bağlı Konqresə bildiriş göndərildiyi vurğulanan açıqlamada satış paketinə 8 ədəd "MH-60R" tipli helikopter, 20 ədəd ehtiyat mühərrik və digər köməkçi avadanlıqların daxil olduğu qeyd edilib.

Açıqlamada satışın İspaniyanın təhlükəsizliyinə əhəmiyyətli töhfə verəcəyi, lakin bölgədəki güc balansını dəyişməyəcəyi bildirilib.

Dövlət Departamentinin silah satışına icazə verməsi sadəcə olaraq o deməkdir ki, bu satış ABŞ administrasiyası üçün problem deyil.

İspaniya NATO müttəfiqi olduğu üçün ABŞ Konqresi 15 iş günü ərzində Nazirliyin qərarına etiraz etməzsə, administrasiya satış paketinin məzmunu ilə bağlı satışın təsdiqləndiyi ölkə ilə danışıqlara başlayır.

Bu danışıqların sonunda ABŞ sözügedən ölkəyə təklif məktubu təqdim edir. Təklif müsbət cavab alacağı təqdirdə isə satınalma prosesi baş verir.



Әlaqәli Xәbәrlәr