Zelenski ABŞ Konqresinin üzvlərinə müraciət edəcək.

Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə günü, martın 16-da ABŞ Konqresinin üzvlərinə müraciət edəcək.

1795309
Zelenski  ABŞ Konqresinin üzvlərinə müraciət edəcək.

Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə günü, martın 16-da ABŞ Konqresinin üzvlərinə müraciət edəcək.

ABŞ Konqresinin Nümayəndələr Palatasının  sədri Nensi Pelosi və Senatda çoxluğun lideri Çak Şumer Konqres üzvlərinə məktub göndərib.

Məktubda “Ukrayna prezidenti çərşənbə günü, martın 16-da səhər saat 9:00-da (ştat vaxtı ilə) Senat və Nümayəndələr Palatasının birgə iclasında Konqres üzvləri qarşısında çıxış edəcək” deyilib.

Məktubda ABŞ-ın Ukrayna xalqına dəstəyinin davam edəcəyi də vurğulanıb.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hərbi hücum başladıb.



Әlaqәli Xәbәrlәr