Çexiya, Polşa və Sloveniyanın baş nazirləri Kiyevə səfər edəcəklər

Çexiya, Polşa və Sloveniyanın baş nazirləri Petr Fiala, Mateusz Morawiecki və Janez Jansa Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Ukraynanın paytaxtı Kiyevə səfər edəcəklər.

1795813

Bu barədə Çexiya Baş naziri Petr Fiala  rəsmi ''Twitter'' səhifəsində paylaşım edib.

Fiala paylaşımında bu ifadələrə yer verib:

“Bu gün Polşanın Baş naziri Mateusz Moravetski, Baş nazirin müavini Yaroslav Kaçinski və Sloveniyanın baş naziri Janez Jansa ilə birlikdə Avropa Şurasının nümayəndələri olaraq Ukrayna prezidenti Zelenski və baş nazir Denis Şmihalla görüşmək üçün Kiyevə gedirik”. 

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.

Әlaqәli Xәbәrlәr