Stefan Dujarrik: ‘‘Ukraynada indiyәdәk ölәn vә yaralananların sayı 1200 nәfәri keçib’’

Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında  Rusiyanın Ukraynaya müdaxilәsi nәticәsindә indiyədək 406 mülki vətəndaşın həyatını itirdiyini bildirib.

1791391
Stefan Dujarrik: ‘‘Ukraynada indiyәdәk ölәn vә yaralananların sayı 1200 nәfәri keçib’’

Ukraynada fevralın 24-dәn bәri hәlak olan vә ya yaralananların sayı 1200 nәfәri keçib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında  Rusiyanın Ukraynaya müdaxilәsi nәticәsindә indiyədək 406 mülki vətəndaşın həyatını itirdiyini bildirib.

Fevralın 24-dәn bәri ölən və yaralananların sayının 1207 nәfәrә  yüksəldiyini bildirən Dujarrik 1,7 milyondan çox insanın ölkəni tərk etdiyini bildirib.

İntensiv qarşıdurmaların yaşandığı şәhәrlәrdә qapalı qalan mülki vәtәndaşların tәhlükәsiz şәkildә tәxliyә edilmәsi ilә bağlı çağırış edәn Stefan Dujarrik hücumlarda 9 xәstәxana vә tәcili tibbi maçınların da zәrәr gördüyünü deyib.



Әlaqәli Xәbәrlәr