Argentina BVF ilə müqavilə imzaldı

Cənubi Amerika ölkəsi Argentina borcunu restrukturizasiya etmək üçün Beynəlxalq Valyuta Fondu (BVF) ilə 45 milyard dollarlıq razılaşma imzalayıb.

1789533
Argentina BVF ilə müqavilə imzaldı

BVF-dən verilən açıqlamada bildirilir ki, BVF-nin missiya heyəti və Argentina səlahiyyətliləri yüksək inflyasiyanın cilovlanması, fiskal kəsirin monetar maliyyələşdirilməsinin azaldılması və müsbət real təminat da daxil olmaqla 30 aylıq vəsait təmin etmək mövzusunda texniki səviyyədə razılığa gəliblər. Bildirilir ki, bir il davam edən danışıqlardan sonra sonra əldə olunan razılaşma Argentina hökuməti üçün yüksək inflyasiya və azalan valyuta ehtiyatları fonunda böhrandan təsirlənən iqtisadiyyatı sabitləşdirmək baxımından əhəmiyyətlidir. Argentina prezidenti Alberto Fernandez yanvarın 28-də hökumətinin borcların ödənilməsi ilə bağlı BVF ilə prinsipial razılığa gəldiyini və sazişin Konqres tərəfindən də ratifikasiya ediləcəyini açıqlayıb.

Qeyd edək ki, 44 milyondan çox əhalisi olan Argentina 2018-ci ildə keçmiş prezident Maurisio Makrinin rəhbərliyi ilə BVF-nin tarixində açılan ən yüksək krediti ehtiva edən 57 milyard dollarlıq stand-by sazişini imzalayıb və fonddan 44 milyard dollar istifadə edib.

Argentina ilə razılaşma BVF-nin əsas qərar qəbuledici orqanı olan İcraçı Direktorlar Şurası tərəfindən təsdiqlənməlidir.


Etiketlәr: #BVF , #Argentina

Әlaqәli Xәbәrlәr