Conson və Zelenski arasında telefon danışığı olub

Ukrayna Prezidenti Volodimir Zelenski İngiltərənin Baş naziri Boris Consonla telefon danışığında növbəti 24 saatın Ukrayna üçün kritik olacağını bildirib.

1786553

Baş Nazirlik Ofisinin bəyanatında deyilir ki, Zelenski ilə telefon danışığında Conson Rusiyanın işğalından sonra Ukrayna xalqının cəsarətini və Zelenskinin bu cür çətin proses qarşısındakı rəhbərliyini tərifləyib.

Görüş zamanı Conson Ukrayna xalqının müqavimətinin qəhrəmancasına olduğunu da bəyan edib:

"Zelenski növbəti 24 saatın Ukrayna üçün həlledici vaxt olduğuna inandığını söylədi və Conson İngiltərə və müttəfiqlərinin Ukraynaya göstərdiyi müdafiə yardımını təmin etmək üçün əlindən gələni edəcəyini söylədi. Liderlər yaxın təmasda qalmaqda davam etməkdə razılaşdılar və  Conson İngiltərənin suverenliyinə sarsılmaz dəstəyini təkrarladı".

Әlaqәli Xәbәrlәr