BMT TŞ Baş Assambleyanın Ukrayna üzrə xüsusi sessiyasının çağırılması qətnaməsini təsdiqləyib

BMT Təhlükəsizlik Şurası təşkilatın Baş Assambleyasının Ukrayna üzrə xüsusi sessiyasının keçirilməsinə səs verib.

1786549
BMT TŞ Baş Assambleyanın Ukrayna üzrə xüsusi sessiyasının çağırılması qətnaməsini təsdiqləyib

BMT Təhlükəsizlik Şurası təşkilatın Baş Assambleyasının Ukrayna üzrə xüsusi sessiyasının keçirilməsinə səs verib.

Qətnamənin lehinə 11 ölkə səs verib, 3 ölkə bitərəf qalıb, Çin, Rusiya Federasiyası sənədin əleyhinə səs verib.

Beləliklə, BMT Təhlükəsizlik Şurasının üzvləri Baş Assambleyanın 377 saylı qətnaməsini qəbul ediblər. Sənəd BMT Baş Assambleyasına daimi üzvlər arasında fikir ayrılığı səbəbindən Təhlükəsizlik Şurasında baxılması mümkün olmayan bir sıra məsələlərin verilməsini nəzərdə tutur. Belə qətnamənin tətbiqi üçün 15 səsdən 9-u lazımdır. Bundan əlavə, veto hüququ belə bir prosedura şamil edilmir.

Sonuncu dəfə BMT Baş Assambleyasının xüsusi sessiyası Fələstin ərazilərindəki vəziyyətlə bağlı 1997-ci ildə çağırılıb.

Səsvermədən sonra çıxış edən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Qrinfild bildirib ki, Rusiya BMT Nizamnaməsinə və hücumlara görə məsuliyyətinə veto qoya bilməz.

Qrinfild “Onilliklər ərzində ilk dəfə olaraq Təhlükəsizlik Şurası hesabatlılığa doğru mühüm addım atdı” deyib.

Bu gün keçiriləcək iclasda Rusiyanın qınanacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr