Antonio Quterreş fələstinlilərə edilən hücumları pislədi

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İsrailin Rəfahdakı fələstinlilərin sığındığı düşərgəyə etdiyi hücumu pisləyib.

2145623
Antonio Quterreş fələstinlilərə edilən hücumları pislədi

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İsrailin Rəfahdakı fələstinlilərin sığındığı düşərgəyə etdiyi hücumu pisləyib.
Birləşmiş Millətlər Təşkilatı Antonio Quterreşin Qəzzadakı vəziyyətlə bağlı yazılı açıqlamasını paylaşıb.
Aralarında çox sayda azyaşlı uşaqların da olduğu görüntüləri kədərlə izlədiyini bildirən Antonio Quterreş deyib: "Bu dəhşət sona çatmalıdır''.
Antonio Quterreş 36 mindən çox fələstinli və 1500 israillinin vəfatı ilə əlaqədar yas tutduğunu bildirib və dərhal atəşkəsin təmin edilməsi  və əsirlərin qeyd-şərtsiz azad edilməsi tələbini təkrarlayıb.
Quterreş İsrailin Rəfah şəhərində fələstinlilərin sığındığı düşərgəyə  edilən hücumu qınayıb və Beynəlxalq Məhkəmənin qərarlarını xatırladaraq bütün üzvlərin onlara əməl etməli olduğunu vurğulayıb.
BMT-nin Baş katibi  İsrail səlahiyyətlilərinin humanitar yardıma maneəsiz və təhlükəsiz çıxışı təmin etmək məcburiyyətində olduğunu ifadə edərək: "Yaşananlardan təsirlənən cəmiyyətin təhlükəsizliyini, ləyaqətini və ümidini yenidən doğrultmalıyıq'' deyib.
Siyasi həll üçün konkret addımların atılması ilə əlaqədar çağırış edən Baş katib Antonio Quterreş iki dövlətli həlli dəstəklədiyini bir daha bəyan edib.
BMT-nin məhkəmə orqanı olan Beynəlxalq Hüquqşünaslar Komissiyası (ICJ) mayın 24-də İsrailin Rəfaha hücumlarını dərhal dayandırması, humanitar yardımların qarşısını almaması və cinayətlərini araşdırmaq üçün BMT rəsmilərinin Qəzzaya daxil olmasına icazə verməsi ilə əlaqədar qərar qəbul edib.

Xatırladaq ki, İsrail mayın 26-da Rәfah şәhәrindә yürd-yuvalarından didәrgin düşmüş fәlәstinlilәrin sığındığı çadırlara hücum edib, nәticәdә 40 fәlәstinli hәyatını itirib.

Şahidlər deyib: "İsrail ordusunun bombardmanı düşərgədəki bir çox çadırın dağılmasına və yanmasına səbəb olub. Bu düşərgə İsrail ordusunun boşaldılmasını istədiyi bölgədə yerləşmir''.
Şahidlər İsrail döyüş təyyarələrinin düşərgəyə azı 8 raketlə hücum etdiyini bildiriblər.


Etiketlәr: #hücum , #İsrail , #BMT

Әlaqәli Xәbәrlәr