Blinken G7 ölkələrinin və Ukraynanın xarici işlər nazirləri ilə görüşüb

ABŞ-ın dövlət katibi Antoni Blinken G7-nin xarici işlər nazirləri və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə telefon danışığı keçirərək Rusiyanın Ukraynaya hücumunu müzakirə edib.

1786550

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays verdiyi yazılı açıqlamada Blinkenin G7-yə üzv olan Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və İngiltərənin xarici işlər nazirləri və Avropa İttifaqının ali nümayəndəsi ilə telefon danışığı apardığını, Ukrayna xarici işlər naziri Kulebanın da görüşdə iştirak etdiyini bildirib.

Telefon danışığında Rusiyanın Ukraynaya qarşı “qəsdən düşünülmüş, əsassız və gərəksiz hücumları”nın müzakirə edildiyinə diqqət çəkən Prays “Blinken və G7-dəki həmkarları Rusiyanın işğalına birgə cavab verəcəklərini Kulebaya bildirdilər” deyib.

ABŞ və G7 tərəfdaşlarının Ukrayna xalqını dəstəklədiyini və Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etdiyini vurğulayan Prays "Ukrayna xalqının yanındayıq və onların cəsarətini və qəhrəmanlığını görürük" ifadəsini işlədib.

Әlaqәli Xәbәrlәr