ABŞ-dan Rusiyadakı vәtәndaşlarına çağırış: ölkәdәn dәrhal çıxın

Amerika Birləşmiş Ştatları (ABŞ) bir çox hava yolu şirkətinin Rusiyaya uçuşları ləğv etdiyini və bir çox ölkənin hava məkanını Rusiya hava yolları üçün bağladığını bildirərək, bu ölkədəki vətəndaşlarından dәrhal ölkədәn çıxmalarını istәyib.

1786795
ABŞ-dan Rusiyadakı vәtәndaşlarına çağırış: ölkәdәn dәrhal çıxın

TRT xәbәr verir ki, bu barәdә ABŞ-ın Rusiyadakı səfirliyi açıqlama verib. Açıqlamada: “Bir çox aviaşirkətlər Rusiyaya reyslərini ləğv edir, bir çox ölkələr isə öz hava məkanlarını Rusiya aviaşirkətləri üçün bağlayır. ABŞ vətəndaşları hələ də aktiv olan kommersiya səyahət variantlarından istifadə edərək, Rusiyanı mümkün qədər tez tərk etməyi düşünməlidirlər”. Sәfirliyin bәyanatında ABŞ Dövlət Departamentinin Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya səfər xəbərdarlığını “4-cü seviyәyә” qaldırdığı xatırladılıb. ( Sәfәr etmәyin)

Qeyd edәk ki, Rusiya əsgərləri fevralın 24-də Ukraynaya hәrbi müdaxilә başladıb.



Әlaqәli Xәbәrlәr