Polşa və Rumıniyaya daxil olan ukraynalı qaçqın sayı

Qeyd edək ki, BMT müharibə nəticəsində 5 milyona qədər ukraynalının ölkəni tərk edəcəyini proqnozlaşdırır

1786227
Polşa və Rumıniyaya daxil olan ukraynalı qaçqın sayı

 

  Rəsmi Varşavanın məlumatına görə, indiyədək Ukraynadan Polşaya 35 min qaçqın daxil olub.

  Polşa Baş nazirinin müavini Pavel Sefernakerin sözlərinə görə, Polşa ərazisinə keçənlərin əksəriyyəti qadın və uşaqlar, eləcə də yaşlı insanlardır. O bildirib ki, müharibə vəziyyəti ilə əlaqədar Ukrayna Sərhəd Xidmətinin kompüter sistemində yüklənmə olduğuna görə sərhədin Ukrayna tərəfində qeydiyyat işləri ləng aparılır və sərhəddə yığılan insanlar gözləməyə məcbur olurlar.

  Qeyd edilib ki, Polşa Sərhəd Xidməti Ukraynadan gündəlik 50 minədək qaçqının qeydiyyatını aparmaq imkanına malikdir.

  “Rumıniya Ukraynada hərbi əməliyyatların birinci günündə altı sərhəd-keçid məntəqəsindən ümumilikdə 10 min 624 ukraynalını qəbul edib”, bu barədə Rumıniyanın daxili işlər naziri Lucian Bode məlumat verib.

  L.Bode bildirib ki, onlardan 3660 nəfəri Bolqarıstana və Macarıstana getmək üçün Rumıniyadan keçib.

  Rumıniyada olan təxminən 7 min nəfərdən yalnız 11-i siyasi sığınacaq üçün müraciət edib. Qalanları sığınacaq üçün müraciət etmədən qanuni olaraq 90 günə qədər ölkədə qala bilərlər.

  Qeyd edək ki, BMT müharibə nəticəsində 5 milyona qədər ukraynalının ölkəni tərk edəcəyini proqnozlaşdırır.



Әlaqәli Xәbәrlәr