İsrail və Almaniyanın xarici işlər nazirləri Ukraynanı müzakirə ediblər

İsrailin xarici işlər naziri Yair Lapid almaniyalı həmkarı Annalena Berbok ilə Rusiyanın Ukraynaya hərbi müdaxiləsini müzakirə edib.

1785393

İsrail Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Lapid və Berbok arasında telefon danışığı olub.

Lapid və Berbok "Ukraynadakı vəziyyəti və ondan sonra gələn qlobal nəticələri" müzakirə ediblər.

Lapid bu axşam amerikalı həmkarı Entoni Blinkenlə telefonla danışıb və Ukraynanı tərk etməyə çalışan israillilərin təhlükəsizliyindən narahat olduğunu bildirib.

Әlaqәli Xәbәrlәr