ABŞ başda olmaqla müxtəlif ölkələrdə Rusiya əleyhinə aksiyalar keçirilir

ABŞ-da yaşayan ukraynalılar Rusiyanın başlatdığı hərbi əməliyyata görə Ağ Evin qarşısında etiraz aksiyası keçirib.

1785332
ABŞ başda olmaqla müxtəlif ölkələrdə Rusiya əleyhinə aksiyalar keçirilir
beyaz saray'da rusya protestosu.jpg
abd beyaz saray ukrayna rusya.jpg
meksika rusya protesto.jpg
meskisa ukraynalilar.jpg
sili rusya protestosu.jpg

TRT xəbər verir ki, Sosial media üzərindən təşkilatlanan ABŞ-da yaşayan ukraynalılar dünən günorta saatlarında Ağ Evin qarşısına toplaşmağa başlayıb. Nümayişçilər Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatına, şüarlar səsləndirərək reaksiya veriblər. Bildirilir ki, ABŞ-da yaşayanlar səhər radələrində də Rusiyanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Meksikanın paytaxtı Mexikoda və Çilinin paytaxtı Santyaqoda etiraz aksiyalarına səhnə olub. Sözü gedən ölkələrdə yaşayan Ukraynalılar Rusiya səfirliklərinin qarşısında toplaşaraq Rus işğalının qəbul edilməz olduğunu bildiriblər.

 



Әlaqәli Xәbәrlәr