Vladimir Zelenski: ‘‘Ukrayna müharibә yolunu seçmәyib’’

Vladimir Zelenski deyib ki, Ukrayna müharibə yolunu seçməyib, sülh yoluna qayıtmağı təklif edir.

1784896
Vladimir Zelenski: ‘‘Ukrayna müharibә yolunu seçmәyib’’

Vladimir Zelenski deyib ki, Ukrayna müharibə yolunu seçməyib, sülh yoluna qayıtmağı təklif edir.

Xalqa müraciət edən Vladimir Zelenski Rusiyanın Ukraynaya hərbi müdaxiləsini qiymәtlәndirib.

Zelenski bildirib ki, bu gün eşidilən səslər yalnız bomba sәslәri deyil, Rusiyanı dünyadan ayıran yeni dəmir pərdənin sәsidir.

Ordularının Donbasda yaxşı vəziyyətdə, Xarkovda isə çətin vəziyyətdə olduğunu bildirən Zelenski, ən pis şəraitin cənub bölgəsində yerlәşәn Xersonda yaşandığını bildirib.

Zelenski bildirib ki, “düşmən” Çernihiv vilayətindən yavaş-yavaş irəliləyir.

"Bəli, təəssüf ki, itkilərimiz var. Bəli, bir neçə rus əsgərini əsir götürmüşük. Həkimlərimiz təslim olanlara kömək edir. Ukrayna müharibə yolunu seçməyib, sülh yoluna qayıtmağı təklif edir ",-deyә Ukrayna prezidenti qeyd edib.

 



Әlaqәli Xәbәrlәr