Ukraynanın Türkiyәdәki sәfiri: ‘‘Sülhün açarı yalnız Vladimir Putindәdir’’

Ukraynanın Türkiyәdәki səfiri Vasil Bodnar Ukrayna ilə Rusiya arasındakı böhranın həllində hər növ müzakirә formatına açıq olduqlarını ifadə edərək sülhün açarının yalnız Rusiya prezidenti Vladimir Putində olduğunu bildirib.

1783656
Ukraynanın Türkiyәdәki sәfiri: ‘‘Sülhün açarı yalnız Vladimir Putindәdir’’

Ukraynanın Türkiyәdәki səfiri Vasil Bodnar Ukrayna ilə Rusiya arasındakı böhranın həllində hər növ müzakirә formatına açıq olduqlarını ifadə edərək sülhün açarının yalnız Rusiya prezidenti Vladimir Putində olduğunu bildirib.

Səfir Vasil Bodnar paytaxt Ankarada Ukrayna ilə Rusiya arasındakı böhranla bağlı mətbuat konfransı keçirib.

Vasil Bodnar Rusiyanın qondarma respublikalarla bağlı qәbul etdiyi qәrarın Ukrayna ətrafındakı böhranı qızışdırdığını və Minsk razılaşmalarından birtərəfli qaydada çıxması mәnasına  gəldiyini qeyd edib.

Səfir bildirib ki, fevralın 22-dәn etibarәn  Rusiya atəşkəs rejimini ümumilikdə 96 dəfə pozub.

“Pozuntular cəbhəyanı evlərin, infrastrukturun zәrәr görmәsi və Ukraynanın  itkilər vermәsi ilә  nəticələnib”,-deyә Vasil Bodnar qeyd edib.

Vasil Bodnar həm Krımda, həm də Belarusda təhlükəli Rusiya hərbi birləşməsinin olduğunu vurğulayaraq deyib:“Müxtəlif marşrutlardan hücum riski var’’.

Ukraynanın Rusiya ilə böhranın həlli kontekstində diplomatiyaya üstünlük verdiyini təsdiqlədiyini ifadə edən Bodnar  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçilik təkliflərini dəstəklədiklərini bildirib.

Martın 11-13-də Antalya Diplomatiya Forumunda (ADF) iki ölkə arasında danışıqların aparılması ehtimalının olub-olmaması ilə bağlı suala səfir Vasil Bodnar belə cavab verib:

“Biz ADF daxil olmaqla hәr növ müzakirә  formatına açığıq. Әhәmiyyәtli olan Rusiyanın siyasi istәyinin olmasıdır. Çünki bildiyiniz kimi, sülhün açarı yalnız Putində var”.

Müharibә ehtimalını da qiymәtlәndirәn Bodnar deyib: ‘‘Bizim araşdırmalarımıza görә Rusiyanın hücuma keçmәsi üçün kifayәt qәdәr imkanı yoxdur. Amma Rusiya lokal əməliyyatlara, bəzi yerlərdə təxribata hazırdır. Rusiya tərəfinin verdiyi bəyanatlara əsaslanaraq, Luqansk və Donetsk bölgәlәrindә  işğalı davam etdirmək istəyirlər. Bunlar yalnız ictimai bəyanatlardır. Biz ən pis ssenariyə də açığıq”.



Әlaqәli Xәbәrlәr