Aİ xarici işlər nazirləri Rusiya-Ukrayna böhranını müzakirə edir

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiya və Ukrayna böhranının hakim olduğu gündəmlə Belçikanın paytaxtı Brüsseldə bir araya gəlib.

1782153

Aİ Xarici İşlər Nazirləri Toplantısının gündəminin ilk yerində Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyata başlayacağı təqdirdə Aİ-nin necə cavab verəcəyinə dair  görüşlər yer alır.

Yığıncaqda Ukraynanın xarici işlər naziri Dmitro Kuleba da iştirak edəcək.

Aİ ölkələri Rusiyaya qarşı Ukraynanı necə dəstəkləyəcəklərini müzakirə edəcək və Rusiyanın mümkün işğalı halında cavab tədbirləri ilə bağlı bir daha müzakirələr aparacaqlar.

Aİ uzun müddətdir ki, “Rusiya Ukraynaya hücum etsə, bunun nəticəsinin ağır olacağını” və sanksiyalara məruz qalacağını təkrarlayır.

Sanksiyaların iqtisadi, maliyyə və siyasi çərçivədə olacağı məlumdur, lakin bu barədə təfərrüatlar verilmir.

Aİ rəsmiləri sanksiyaların hazır olduğunu və "Ukraynaya qarşı hərbi hücum olacağı təqdirdə" tətbiq ediləcəyini bildirir.

Әlaqәli Xәbәrlәr