G7 nazirləri Almaniyada təcili görüş keçirməyi planlaşdırır

G7 ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin görüşünün Münxen Təhlükəsizlik Konfransının meydanlarında baş tutacağı gözlənilir

1779973
G7 nazirləri Almaniyada təcili görüş keçirməyi planlaşdırır

 

  Yeddilər qrupunun (G7) xarici işlər nazirləri bu həftə Almaniyada təcili görüş keçirməyi planlaşdırır.

  G7 ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin görüşünün Münxen Təhlükəsizlik Konfransının meydanlarında baş tutacağı gözlənilir. Görüşdə Ukrayna ətrafında yaranmış vəziyyət müzakirə olunmalıdır.

  Qeyd edək ki, fevralın 18-20-də keçiriləcək Münxen Təhlükəsizlik Konfransına təxminən 35 dövlət və hökumət başçısı qatılacaq. Tədbirdə Birləşmiş Ştatları vitse-prezident Kamala Harris və dövlət katibi Entoni Blinken, Almaniyanı isə kansler Olaf Şolts təmsil edəcək. Konfransda Ukrayna prezidenti Volodimir Zelenskinin də iştirakı gözlənilir.



Әlaqәli Xәbәrlәr