Braziliyada daşqın qurbanlarının sayı 100 nәfәri keçib

Braziliyanın Rio-de-Janeyro əyalətində leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşməsi nәticәsindә həyatını itirənlərin sayı 104 nәfәrә çatıb.

1780200
Braziliyada daşqın qurbanlarının sayı 100 nәfәri keçib

 

Braziliyanın Rio-de-Janeyro əyalətində leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşməsi nәticәsindә həyatını itirənlərin sayı 104 nәfәrә çatıb.

Rio-de-Janeyro mülki müdafiə dәstәlәri  Petropolis şəhərində daşqın və torpaq sürüşmələri nəticəsində 104 nəfərin həyatını itirdiyini açıqlayıb.

Rio-de-Janeyro qubernatoru Klaudio Kastro mətbuata verdiyi açıqlamada bölgənin 1932-ci ildən bəri әn güclü yağışa məruz qaldığını bildirib.

Axtarış-xilasetmə әmәliyyatlarını hәyata keçirәn  yanğınsöndürənlərin 21 nəfəri xilas etdiyi, indiyədək 35 nəfərin itkin düşdüyü bildirilsə də, itkin düşәnlәrin  dəqiq sayının hələ dә  müəyyən edilmәdiyi bildirilib.

Daşqınlar vә torpaq sürüşmәsi  nəticəsində azı 54 evin dağıldığı, 370-dən çox insanın başqa yerlәrә sığındığı açıqlanıb.

Səlahiyyətlilər 400-dən çox yanğınsöndürənin çalışdığı fəlakət səbəbindәn  bölgədə fövqәladә  vəziyyət elan edib və riskli ərazilərdə yaşayan insanları sığınacaq olaraq istifadə edilən bölgәlәrә  getməyə çağırıb.

Fəlakət səbəbindən çox sayda  məktəb və universitet binası evsizlərin sığındığı və ehtiyacı olanlara yardım edildiyi dəstək məntəqələrinə çevrilib.

Qeyd edәk ki, Petropolis şәhәrindә 2011-ci ildә yağan leysan yağışların sәbәb olduğu daşqınlar nәticәsindә 900-dәn çox adam hәyatını itirmişdi, 100-dәn çox adam da itkin düşmüşdü.

 

 



Әlaqәli Xәbәrlәr