Avropa ölkələri və Kanada qoşunlarını koordinasiyalı şəkildə Malidən çıxaracaq

Avropa və Afrika liderləri sülh və sabitliyin bərqərar olması üçün Mali və xalqını dəstəkləmək əzmində olduqlarını bildirdilər.

1780407
Avropa ölkələri və Kanada qoşunlarını koordinasiyalı şəkildə Malidən çıxaracaq

Avropa ölkələri və Kanada qoşunlarını “koordinasiyalı” şəkildə Malidən çıxaracaq.

Avropa və Afrika liderlərinin fevralın 16-da axşam radələrində Fransa prezidenti Emmanuel Makronun ev sahibliyi ilə Yelisey sarayında Saheldəki vəziyyəti müzakirə etmək üçün keçirdikləri görüşündən sonra ortaq yazılı açıqlama verilib.

Sülh və sabitliyin bərqərar olması üçün Mali və xalqını dəstəkləmək əzmində olunduğu bildirilən açıqlamada Malidəki keçid hökumətinin fevralın 27-dən əvvəl prezident seçkilərinin keçirilməsi ilə bağlı Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (EKOWAS) qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi diqqətə çatdırılıb. 

Açıqlamada Mali seçki keçirmə işləri, Afrika Birliyi və EKOWAS ilə rekonstruktiv dialoq qurmağa çağırılıb.

Keçid hökumətinin çoxsaylı maneələri səbəbindən Kanada, Barkhane Əməliyyatı və Tabuka İşçi Qrupunda iştirak edən Avropa ölkələrinin Malidə terrorla mübarizəni effektiv şəkildə davam etdirmələri üçün siyasi və hüquqi şərtlərin artıq olmadığı vurğulanan açıqlamada bu səbəbdən Avropa ölkələri və Kanada əsgərlərinin Malidən "koordinasiyalı" şəkildə çıxarılması qərarı verildiyi qeyd olunub. 

Açıqlamada afrikalı tərəfdaşların tələbi ilə Sahel bölgəsində, xüsusilə Niger və Qvineya körfəzində terrorla mübarizənin davam etdiriləcəyi qeyd edilib.

Açıqlamada Birləşmiş Millətlər Təşkilatının (BMT) Malidəki Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyasının (MINUSMA) Malinin sabitliyinə töhfə verdiyi bildirilib və liderlərin Malidə keçid hökuməti ilə dialoqu davam etdirməyə hazır olduqları vurğulanıb.



Әlaqәli Xәbәrlәr