Ukraynada 16 fevral-Milli Birlik Günü qeyd olunub

Ukrayna Prezidenti Volodimir Zelenski 16 fevral-Birlik Günü münasibətilə xalqa müraciət edib.

1779853
Ukraynada 16 fevral-Milli Birlik Günü qeyd olunub

Ukraynada 16 favral-Milli Birlik Günü qeyd olunub. 

Ukrayna Prezidenti Volodimir Zelenski 16 fevral-Birlik Günü münasibətilə xalqa müraciət edib.

Canlı yayımla ictimaiyyətə səslənən dövlət başçısı bu günün əhəmiyyətindən danışıb.

“Bu gün vacib bir gündür - hamımızın Birlik Günüdür. Biz yaşımıza, cinsimizə, haradan olmağımıza, peşəmizə görə fərqlənirik. Amma bizi bir arzu birləşdirir: sülh içində, xoşbəxt yaşamaq arzusu. Bizim buna tam haqqımız var. Çünki biz öz evimizdə, Ukraynadayıq. Heç kim evimizi bizim sevdiyimiz qədər sevməyəcək. Yalnız biz, birlikdə olsaq, evimizi qoruya bilərik. Birlik günün mübarək, Ukayna!”, - Volodimir Zelenski bildirib.

Ukrayna ordusunun üzvü Natalya bu günün “düşmənə qarşı birliyin” simvolu olduğunu bəyan edərək, xalqın orduya dəstəyini nümayiş etdirməsinin çox vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, Amerika mediasında ölkə prezidenti Co Baydenin Qərb dövlətlərinin liderlərinə Rusiyanın fevralın 16-da Ukraynaya hücum edə biləcəyi barədə məlumat verdiyi irəli sürüldükdə Ukrayna prezidenti Zelenski isə 16 fevralı “Birlik günü” elan etmişdi.



Әlaqәli Xәbәrlәr