ABŞ Kiyevdəki səfirliyini Lvova köçürür

Amerika Birləşmiş Ştatları Kiyevdəki səfirliyini müvəqqəti olaraq paytaxt Kiyevdən Lvova köçürmək qərarına gəlib.

1778586
ABŞ Kiyevdəki səfirliyini Lvova köçürür

Amerika Birləşmiş Ştatları Kiyevdəki səfirliyini müvəqqəti olaraq paytaxt Kiyevdən Lvova köçürmək qərarına gəlib.

ABŞ dövlət katibi Entoni Blinkenin bununla bağlı yaydığı yazılı bəyanatda deyilir:

"Biz Kiyevdəki səfirliyin fəaliyyətini müvəqqəti olaraq Lvova köçürmək prosesindəyik. Buna Rusiya hərbi qüvvələrinin Ukrayna ilə sərhəddə artan gücü səbəb olub".

Fevralın 12-də məlum olub ki, ABŞ Dövlət Departamenti ölkənin Kiyevdəki səfirliyinin təxliyəsini elan etməyi planlaşdırır. Qeyd edilib ki, ABŞ-ın ölkədə diplomatik mövcudluğunu davam etdirə bilməsi üçün məhdud sayda amerikalı diplomat Ukraynanın qərbinə, Polşa ilə sərhədə yaxın əraziyə köçürülə bilər.

Xatırladaq ki, ABŞ səfirliyi daha əvvəl ölkə vətəndaşlarına müraciət edərək Ukraynaya getməməyə çağırıb.



Әlaqәli Xәbәrlәr