Co Bayden bir sıra ölkәnin lideri ilә Ukrayna böhranını müzakirә edib

Amerika Birlәşmiş Ştatları prezidenti Co Bayden ilә transatlantik ölkәlәrin liderlәri arasında keçirilәn görüşdә Rusiyanın Ukraynaya mümkün hücumu nәticәsindә bu ölkәyә tәtbiq edilәcәk mümkün sanksiyalar müzakirә olunub.

1777399

Ağ Evdәn verilәn bәyanata görә, ABŞ prezidenti Co Baydenin rəhbərlik etdiyi videokonfransda İngiltәrәnin Baş naziri Boris Conson, Kanadanın Baş naziri Castin Trudo, Avropa Komissiyasının sədri Ursula von der Leyen, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron, Almaniyanın baş naziri Olaf Şolz, İtaliyanın Baş naziri Mario Draqi, NATO-nun Baş katibi Yens Stoltenberq, Polşa prezidenti Anjey Duda və Rumıniya prezidenti Klaus İohannis iştirak ediblәr.

1 saat 20 dəqiqə davam edәn  görüşdə Rusiya-Ukrayna sərhədindəki vәziyyәt  ətraflı şәkildә müzakirə edilib.

İştirakçı ölkələrin və birliklərin nümayəndələri bir daha Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qorumaq mәsәlәsindә qәtiyyәtli olduqlarını ifadә ediblәr.

Liderlər böhranın həllində diplomatik yolun vacibliyinə diqqət çəkərək bildiriblәr ki, Rusiya Ukraynaya müdaxilə edәrsә bu ölkәyә qarşı iqtisadi sanksiyalar tәtbiq edilәcәk. Liderlәr hәmcinin NATO-nun şәrq cinahının güclәndirilәcәyini vә Ukraynaya verilәn dәstәyin davam edәcәyini bildiriblәr.

Әlaqәli Xәbәrlәr