Afrika Birliyi Pekindә daimi nümayәndәlik açacaq

Bu barәdә yerli mәtbuat orqanları mәlumat yayıb.

1776460
Afrika Birliyi Pekindә daimi nümayәndәlik açacaq

Afrika Birliyi  Çinlə siyasi və iqtisadi əlaqələri inkişaf etdirmək üçün paytaxt Pekində daimi nümayəndəlik açmağa qərar verib.

Bu barәdә yerli mәtbuat orqanları mәlumat yayıb. Mәlumata görә, Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən Afrika İttifaqı sammitində Çin ilə əlaqələrin inkişaf etdirilmәsinә dair addımlar atılıb.

Afrika Birliyinin xarici işlər nazirlərinin yaratdığı nazirlər şurası tәrәfindәn  təqdim edilәn  təklif çərçivəsində bu il Çinin paytaxtı Pekində daimi nümayəndəliyin açılmasına qərar verilib.

Qeyd olunub ki, Çində açılacaq ofis Afrika Birliyində aparılan islahatlar çərçivəsində açılacaq ofislərdən biridir.

Pekində açılacaq daimi nümayəndəlikdə biri daimi nümayəndə olmaqla  10 nəfər işlə təmin olunacaq.

Daimi nümayәndәliyin nә zaman açılacağı ilә bağlı әtraflı mәlumat verilnmәyib.

Afrika ilə siyasi və ticari əlaqələri inkişaf etdirmək üçün qitədәki ölkәlәrlә zirvə görüşlәri keçirәn Çin Afrikanın ən böyük iqtisadi tərəfdaşlarından biridir.



Әlaqәli Xәbәrlәr