Batsirai qasırğası nəticəsində ölənlərin sayı artıb

Madaqaskarda həyatı iflic edən Batsirai qasırğası nəticəsində ölənlərin sayı 20-yə yüksəlib.

1775181
Batsirai qasırğası nəticəsində ölənlərin sayı artıb

Madaqaskar  hökumət rəhbərliyindən  fəlakətə dair  verilən açıqlamada  həftə sonu paytaxt Antananarivodan 530 kilometr cənub-şərqə çatan qasırğanın təsirini davam etdirdiyi,  ölənlərin  sayının 20 nəfərə çatdığı  bildirilib.

Xaetırladaq ki, dünən  yayılan rəsmi  açıqlamalarda təbii fəlakət nəticəsində 10 nəfərin öldüyü  bilödirilib. Bəzi ərazilərdə sürəti saatda 230 kilometrə qədər çatan qasırğa səbəbindən 48 min insan evini tərk etmək məcburiyyətində  qalıb. Qasırğa Madaqaskardan əvvəl  təsirli olduğu qonşu ada Reunionda 12 nəfərin xəsarət almasına səbəb  olub.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi, qasırğadan təxminən 600 min insanın birbaşa təsirlənəcəyinin gözlənildiyini açıqlayıb.

Qeyd edək ki, Yanvarın 27-də Madaqaskarda güclü yağış səbəbindən fövqəladə vəziyyət elan edilib. Ölkənin 12 rayonunda 132 mindən çox insan hava şəraiti ilə əlaqədar evlərini tərk etmək məcburiyyətində qalıb. Batsirai qasırğası səbəbindən daha 150 min insanın evlərini tərk etməli olacağı bildirilir.



Әlaqәli Xәbәrlәr