Putin və Makron bu gün Moskvada görüşəcəklər

Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı ilə bu gün Kremldə görüşəcək.

1774288
Putin və Makron bu gün Moskvada görüşəcəklər

Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı ilə bu gün Kremldə görüşəcək.

Rusiya-Fransa sammiti çərçivəsində baş tutacaq görüşdə bir çox mövzular olacaq.

Görüşün əsas mövzu Rusiyanın təhlükəsizlik məsələsidir.

Liderlər Rusiya tərəfinin çox vacib hesab etdiyi ikitərəfli münasibətlərlə bağlı fikir söyləyəcəklər.

Fransa Prezidenti Emmanuel Makron Moskva görüşündən sonra çərşənbə axşamı Kiyevə gedəcək.

Qeyd edək ki, Moskva görüşündən əvvəl isə Amerika Birləşmiş Ştatları Prezidenti Co Baydenlə Makron arasında telefon danışığı olub. Liderlər Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.

Bayden və Makron Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha təsdiqləyiblər.

Liderlər Ukrayna da daxil olmaqla müttəfiqləri və tərəfdaşları ilə əlaqə saxlamaq və məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.



Әlaqәli Xәbәrlәr