Makron Rusiya və Ukraynaya səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron Rusiya və Ukraynaya səfər edəcək.

1773663
Makron Rusiya və Ukraynaya səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron Rusiya və Ukraynaya səfər edəcək.

Bu barədə Yelisey sarayı məlumat yayıb.

Bildirilib ki, Fransa dövlət başçısının Moskvaya səfəri fevralın 7-də, Kiyevə səfəri isə ayın 8-də baş tutacaq.

Qeyd edilib ki, bu səfərlər Makronun ötən gecə Putin və Zelenski ilə telefon danışığından sonra qərarlaşdırılıb.

Makronun Ukrayna məsələsi ilə bağlı ABŞ Prezidenti Co Bayden, Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel, Almaniya, Hollandiya və İtaliyanın baş nazirləri ilə telefon danışığı apardığı bildirilib.

"Le Monde" qəzetinin xəbərində Makronun Rusiya və Ukrayna səfərlərindən qayıtdıqdan sonra Almaniya karsleri Olaf Şolts və Polşa Prezidenti Anjey Duda ilə görüşmək üçün paytaxt Berlinə gedə biləcəyi də açıqlanıb.

Makron fevralın 2-də verdiyi açıqlamada Ukrayna ilə bağlı prioritetinin gərginliyi azaltmaq və Minsk razılaşmaları əsasında siyasi həll yolu tapmaq olduğunu söyləyib.



Әlaqәli Xәbәrlәr