Vladimir Zelenski vә Boris Conson birgә mәtbuat konfransında çıxış ediblәr

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiya qoşunlarını vә hәrbi texnikasını ölkəsinin sərhədindən çıxarmalıdır.

1772110
Vladimir Zelenski vә Boris Conson birgә mәtbuat konfransında çıxış ediblәr

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiya qoşunlarını vә hәrbi texnikasını ölkəsinin sərhədindən çıxarmalıdır.

Vladimir Zelenski Ukraynanın paytaxtı Kiyevdə İngiltәrәnin Baş naziri  Boris Conson ilə keçirdiyi görüşdən sonra mətbuat konfransı təşkil edib.

Şərqi Ukrayna məsələsinə toxunan Vladimir Zelenski bu razılaşmalarla bağlı məsuliyyətli davranış nümayiş etdirdiklәrini  bildirib.

Vladimir Zelenski Rusiya ilə razılaşmaların həyata keçirilməsi ilə bağlı fərqli fikirlərә malik olduqlarını vurğulayıb.

"Bu müqavilələrin bəzi müddәaları xoşum gəlmir. Minsk razılaşmalarındakı müddәaların icrası ilə bağlı fərqli mövqe nümayiş etdiririk, ancaq biz torpaqlarımızın işğaldan azad edilməsi vә ölkəmizi hər hansı bir şəkildə qorumaq üçün addımlar atmalıyıq’’,-deyә Ukrayna prezidenti vurğulayıb

Donbasda gәrginliyin artması ehtimalını qiymәtlәndirәn Vladimir Zelenski deyib: "Ukraynanın güclü ordusu olmalıdır. Bu mәsәlәdә  ancaq özümüzə güvənməliyik  və pis şeylərə qarşı hazırlıqlı olmalıyıq. Bütün ittifaqlara baxmayaraq bunu edirik".

Rusiyanın Ukrayna sərhədində 100 minə yaxın əsgərinin olduğunu ifadə edən Vladimir Zelenski deyib: "Biz Rusiyanın öz qoşunlarını sərhədlərimizdən çıxaracağı vaxtı gözləyirik. Bu, çox mühüm əlamətdir və Rusiyanın gərginliyi artırıb-artırmayacağı sualına yeganə cavabdır".

Zelenski vurğulayıb ki, gərginlik artarsa Rusiyaya qarşı sanksiyalar tətbiq olunmalıdır.

İngiltәrә Baş naziri  Boris Conson da Rusiyanın geri addım atmasının və diplomatik yol seçməsinin həyati əhəmiyyət daşıdığını bəyan edərək  Rusiyanın Ukraynanı işğal etmәsinin  siyasi və humanitar fəlakət olacağını bildirib.

Boris Conson deyib: “ Rusiya Ukrayna torpaqlarına daxil olarsa biz dә digәr ölkәlәr kimi bu ölkәyә qarşı sanksiyaları qüvvәyә mindirәcәyik’’

Boris Conson bildirib ki, Rusiyanın geri addım atması və diplomatik yolu seçməsi həyati əhəmiyyət kəsb edir və mən bunun hələ də mümkün olduğuna inanıram.

‘‘İngiltәrә Ukrayna sәrhәdindә yaşananlara görә çox narahatdır’’ deyәn Boris Conson qeyd edib ki, ümid edirəm ki, Putin geri addım atacaq və biz danışıqlar aparacağıq’’



Әlaqәli Xәbәrlәr