Kanada Baş naziri Rusiyaya xәbәrdarlıq edib

Kanada Baş naziri Castin Trudo bildirib ki, Rusiya Ukraynanı işğal edәrsә bunun ciddi nәticәlәri olacaq.

1771540
Kanada Baş naziri Rusiyaya xәbәrdarlıq edib

Kanada Baş naziri Castin Trudo bildirib ki, Rusiya Ukraynanı işğal edәrsә bunun ciddi nәticәlәri olacaq.

Kanada parlamenti  Ukrayna böhranını müzakirә etmәk üçün xüsusi iclas keçirib.

Baş nazir Castin Trudo koronavirus testinin müsbәt çıxması sәbәbindәn iclasa onlayn qaydada qatılıb. Kanadanın Ukrayna hәrbçilәrinә tәlim keçdiyini vә üç il әrzindә bunu davam etdirәcәyini qeyd edәn Castin Trudo Ukraynaya maliyyә yardımı vә hәrbi texnika da göndәrәcәklәrini deyib.

Castin Trudo Rusiyaya Ukraynanı işğal edәcәyi tәqdirә ciddi nәticәlәrlә üzlәşәcәyi ilә әlaqәdar xәbәrdarlıq edib.Kanada Baş naziri hәmçinin vurğulayıb ki, Rusiya Ukraynanı işğal edәrsә bu ölkәyә qarşı koordinasiyalı iqtisadi sanksiya planını hәyata keçirәcәklәr.



Әlaqәli Xәbәrlәr