Entoni Blinken B9 ölkələrinin xarici işlər nazirlərilə görüşüb

Entoni Blinken NATO-nun şərq qanadı olan, həmçinin Buxarest Doqquzluğu (B9) kimi tanınan ölkələrin xarici işlər nazirləri ilə Rusiyanın Ukrayna sərhəddinə etdiyi hərbi yığınağı müzakirə edib.

1756777
Entoni Blinken B9 ölkələrinin xarici işlər nazirlərilə görüşüb

ABŞ dövlət katibi Entoni Blinken NATO-nun şərq qanadı olan, həmçinin Buxarest Doqquzluğu (B9) kimi tanınan ölkələrin xarici işlər nazirləri ilə Rusiyanın Ukrayna sərhəddinə etdiyi hərbi yığınağı müzakirə edib.

Dövlə katibinin mətbuat katibi Ned Prays görüşlə bağlı verdiyi açıqlamada “Nazirlər Rusiyanın Ukrayna sərhədi boyunca sabitliyi pozan hərbi yığınağı, müttəfiqlərin kollektiv müdafiəsi üçün birgə, hazır və qətiyyətli bir NATO mövqeyinin zəruriliyini və ümumi maraq doğuran məsələlər üzrə transatlantik əməkdaşlığı müzakirə ediblər” ifadəsi işlədib. 

Blinkenin Rusiya və Ukrayna arasındakı gərginliyi azaltmağa çalışdığını qeyd edən Prays “Blinken ABŞ-ın bütün transatlantik müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx məsləhətləşmələr və koordinasiyanı davam etdirməyə sadiqliyini vurğuladı” deyib.

Bolqarıstan, Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiyanın bir hissəsi olan B9 4 noyabr 2015-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə yaradılıb.



Әlaqәli Xәbәrlәr