Braziliyada daşqın nəticəsində həyatını itirənlərin sayı 20-yə yüksəlib

Ölkənin şimalında yerləşən Bahia ştatında 37 şəhər su altında qalıb.

1753603
Braziliyada daşqın nəticəsində həyatını itirənlərin sayı 20-yə yüksəlib

Braziliyada daşqın nəticəsində həyatını itirənlərin sayı 20-yə yüksəlib.

Ölkənin şimalında yerləşən Bahia ştatında 37 şəhər su altında qalıb.

Səlahiyyətlilər təbii fəlakətdən zərər çəkən 430 min 869 nəfərdən 16 mininin evini itirdiyini, 19 min 580 nəfərin isə bölgədən təxliyə edildiyini bildirib.

Güclü yağış səbəbindən Bahia ştatında iki bənd çöküb, bəndin yaxınlığında yaşayan insanlar təxliyə olunmağa çağırılıb.

Ölkədə daşqınlar səbəbindən 72 şəhərdə fövqəladə vəziyyət elan edilib.



Әlaqәli Xәbәrlәr